Cəmiyyət

Bakıda tunel akvarium olacaq – Direktor yeniliklərdən danışıb

“Bakı Zooloji Parkında son tamamlama işləri görülür”.

Bu sözləri Lent.az-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib. O bildirib ki, açılışa elə də çox vaxt qalmayıb:

“Tarix bilinən kimi ictimaiyyətə bu barədə geniş məlumat veriləcək”.

A.Hüseynov parkda görülən yenilik işlərindən də söz açıb:

“Zooloji Parkda tunel akvarium olacaq ki, insanlar orada olarkən balıqların üzməsini seyr edə biləcəklər.

Bundan başqa xüsusi məkan olacaq ki, orada zooloji qısametrajlı filmlər veriləcək, viktorinalar keçiriləcək”.

Xatırladaq ki, Bakı Zooloji Parkın fəaliyyəti 2019-cu ilin fevral ayından etibarən müvəqqəti olaraq dayandırılıb. Həmçinin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra park ərazisi 4.25 hektar (əvvəl 2.25 hektar idi) olacaq.

Bənzər yazılar

Back to top button