Siyasət

Şuşada Türkiyə konsulluğunun açılması həyata keçirilərsə… – Deputat

“Şuşada Türkiyə konsulluğunun açılması həyata keçirilərsə, bu, Şuşanın türk dünyasının inteqrasiyasında, türk dünyası arasında əməkdaşlığın genişləndirilməsində rolunun və töhfəsinin artmasına imkan verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Şuşada Türkiyə konsulluğunun açılmasından danışarkən deyib. Onun sözlərinə görə, Şuşa şəhəri üçün türk dünyasındakı əməkdaşlığın gücləndirilməsi baxımından yeni bir mərhələ formalaşır:

“Şəhərin bərpası və yenidən qurulmasından sonra Şuşa regionun, xüsusən də türk dünyasının mədəni inteqrasiyasında daha fəal şəkildə iştirak imkanlarına malik olacaq. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri eyni zamanda türk dünyası üçün vacib şəhərlərdən biridir. Nəzərə alaq ki, bu, həm də türk dünyasının mədəniyyət şəhərinə çevriləcək bir şəhərdir. Bu baxımdan Şuşa türk dünyasının və mədəniyyətinin birləşməsində xüsusi paya malik ola biləcək. Bu gün hətta bizim keçirdiyimiz sorğular göstərir ki, türk dünyasında kifayət qədər insan daha qısa zamanda Şuşa şəhərini ziyarət etmək istəyir”.

Deputat qeyd edib ki, Şuşa şəhərində həm təhsil, həm də mədəni mərkəzlər yaratmaq istəyən türk dövlətlərinin sayı kifayət dədər çoxdur:

“Bu istiqamətdə xüsusən də Türkiyədən təkliflər gəlir”.

Bənzər yazılar

Back to top button