Cəmiyyət

Vaksin pasportu nə vaxta kimi tətbiq olunacaq? – Professor

“Vaksin könüllüdür. Amma vaksin olunmayan şəxs getdiyi məkanda başqa bir şəxsə qarşı təhlükə yarada bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Operativ Qərargahın iyunun 10-dan sonra idman zallarına yalnız COVID-19 pasportu olan şəxslərin buraxılması ilə bağlı qərarını şərh edərkən deyib. Professor hesab edir ki, bu baxımdan həmin insanlara qarşı müəyyən məhdudiyyətlər olmalıdır:

“Yəni bu, pandemiyanın sonuna kimi tətbiq oluna bilər. Amma Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın son zəngi çalındıqdan sonra yəqin ki, bu kimi məsələlər arxa plana keçəcək. Vaksinasiyanın müddəti də çox deyil, onun davamlılığı və etibarlığı təxminən 6 ay və bir il civarında ölçülür”.

Adil Qeybullanın fikrincə, bu, müvəqqəti tədbirdir:

“İkincisi də istəlinən vəziyyətdə vaksin vurduranların müəyyən üstünlüyü olmalıdır”.

Bənzər yazılar

Back to top button