Dünya

ABŞ KİV Putinlə Baydenin görüş tarixini açıqladı

Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin görüşü 15-16 iyun tarixlərində İsveçrədə keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Amerika mətbuatı öz mənbələrinə istinadən yayıb.

Bundan əvvəl Xarici İşlər naziri Sergey Lavrov Putin və Bayden arasındakı görüşün yaxın zamanlarda baş tutacağını elan etmişdi.

Lavrov Vaşinqtonla dialoqun tonunu qiymətləndirərək, iki lider arasındakı görüş nəticəsində Rusiya Federasiyası ilə ABŞ arasındakı münasibətlərdə qıcıqlandırıcı nüansların aradan qaldırılacağına ümid etdiyini deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button