Cəmiyyət

Koronavirus statistikası: Ən çox yoluxma qeydə alınan bölgələr…

Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları ilə bağlı statistika açıqlanıb.

Ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 13 %, Aranda 12 %, Gəncə-Qazaxda 7,2 %, Şəki-Zaqatalada 4,1 %, Quba-Xaçmazda 3,1 %, Lənkəranda 2,4 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,8 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 % təşkil edir.

Bakıda ən yüksək yoluxma isə yenə də Binəqədi rayonunda qeydə alınıb, 14,6 %.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,2 %-lə Yasamal, 11,2 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7,2 %-lə Xəzər, 7,1 %-lə Nizami 5 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Bənzər yazılar

Back to top button