DünyaManşetSiyasət

Türkiyədə “Ağ köynək” hərəkatı başlayır – Ərdoğan hakimiyyəti üçün sonun başlanğıcı

Türkiyənin ən populyar blogerinə çevrilmiş Sedat Peker iştirakçısı, şahidi və məlumatlı olduğu cinayət işləri haqqında şok bilgiləri açıqladıqdan sonra siyasi və ictimai xadimlər “təmiz cəmiyyət” və “təmiz siyasət” şüarların irəli sürüblər. Bu şüarın tərəfdarları Türkiyədə üstü açılmamaış siyasi qətllərin üstünün açılmasını, mafiya ilə işbirliyi olan siyasətçilərin aşkara çıxarılmasını tələb edirlər. Bu tələb hər ötən gün daha da güclənir.

Bu tələbin genişlənməsi üçün isə yeni bir hərəkatın başlandığı təəssüratı var. Sabiq baş nazir Əhməd Davutoğlu tərəfdarları ilə birlikdə ağ geyimdə Türkiyə Böyük Millət Məclsinin önünə gələrək təmiz cəmiyyət tələb etdikləri ilə bağlı açıqlama verib.

Əhməd Davutoğlunun ardınca İYİ Partinin lideri Meral Akşener də ağ geyimdə Türkiyə Böyük Millət Məclisnə gəlib. Belə görünür ki, Türkiyədə “təmiz cəmiyyət” və “təmiz siyasət” tələbi ilə ağ köynək hərəkatı başlayır. Bu hərəkat genişlənəcəyi halda Türkiyənin demokratikləşmə şansı qazanacaq. Əks halda Türkiyə çox qorxulu proseslərin içərisinə sürüklənəcək.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button