İqtisadiyyat

5 ay əvvəl yaranan “Şuşa Holding” Səhiyyə Nazirliyinə tibbi əşyalar satacaq

Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Şuşa Holding” MMC olub.

“Şuşa Holding” MMC “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nə tibb işçiləri arasında aparılan vaksinasiyanın effektivliyi tədqiqatları lahiyəsi cərçivəsində 22 min 48 manat dəyərində tibbi əşyalar və ləvazimatlar satacaq.

Qeyd edək ki, tender müsabiqəsi barədə məlumat (elan) dövlət satınalmaları portalında yerləşdirilməyib.

Onu da bildirək ki, qalib şirkət – “Şuşa Holding” MMC  ötən ilin dekabr ayının 14-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan ev.34 m.30-da yerləşir. MMC-nin qanuni təmsilçisi Talıbov Süleyman Yunsur oğludur.

Məlumat üçün bildirək ki, ötən qanuni təmsilçisi Talıbov Süleyman Yunsur oğlu olan daha 4 MMC dövlət qeydiyyatına alınıb.

Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
“GƏMİ TƏMİRİ SERVİS LLC” Cavad Xan ev.34 m.30 10 manat Talıbov Süleyman Yunsur 21 May 2020
“DİZEL SERVİS LLC” Fətəlixan Xoyski pr. ev.138A m.16 10 manat Talıbov Süleyman Yunsur 21 May 2020
“PİNTER” Cavad Xan ev.34 10 manat Talıbov Süleyman Yunsur 14 dekabr 2020
“AZ SUENS” Cavad Xan ev.34 m.30 10 manat Talıbov Süleyman Yunsur 14 dekabr 2020
“ŞUŞA HOLDİNG” Cavad Xan ev.34 m.30 10 manat Talıbov Süleyman Yunsur 14 dekabr 2020

 

Bənzər yazılar

Back to top button