Prezident Ağdam şəhərinin bərpasının təməl daşını qoydu

by Aztoday Xəbər Portalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Dövlət başçısı Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.

Daha sonra Prezident Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

İlham Əliyev həmçinin Ağdam Sənaye Parkının təməlqoyma mərasiminə qatılıb.

Prezident Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

***

İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

Daha sonra Prezidentə Ağdam şəhərinin baş planı təqdim olunub. Dövlət başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident görüşdə çıxış edib. Sonra dövlət başçısı şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.

Həmçinin Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.

Dövlət başçısı Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində də olub.

Daha sonra Prezident Ağdamda Şahbulaq qalasında olub.

Bənzər Yazılar