Hadisə

Təhsil Şöbəsinin müdirinə töhmət verildi

Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədliyə töhmət verilib.

AzToday.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Abşeron Rayon Təhsil Şöbəsinin rəsmisi Aysel Tahirova rüşvətdə ittiham olunan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova ilə bağlı məlumat verərkən bildirib.

Qurum rəsmisi məktəb direktorunun işdən çıxarıldığını, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədliyə isə töhmət verildiyini təsdiqləyib.

Xatırladaq ki, sözügedən məktəb direktorunun təxminən 30-ya yaxın şəxsdən təxminən 2-7 min manat arası rüşvət aldığı iddia olunur. İlkin istintaqda direktor barəsində bir nəfərin ittiham faktına görə cinayət işi açılıb. Abşeron Rayon Polis Şöbəsinə daxil olan 60-a yaxın müraciətin araşdırılması isə davam edir.

Bənzər yazılar

Back to top button