Hadisə

Keçmiş işçisi ilə Səfərbəlik Xidməti arasında məhkəmə çəkişməsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Əkbərli Samiq Sadiq oğludur.

Araşdırmalarımız zamanı məlum olub ki, Samiq Əkbərli qurumun əməkdaşı olub və işdən çıxarılıb. O, işdən çıxarılmasını qanunsuz hesab etdiyinə görə Xidməti məhkəməyə verib.

Birinci məhkəmə instansiyasının qərarı Samiq Əkbərlini qane etmədiyinə görə apellyasiya şikayəti verib.

Onun şikayətinə Şəki Apellyasiya Məhkəməsində Vəzirxan Məlikovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Bənzər yazılar

Back to top button