Siyasət

Deputatlığa namizəd şeirlə MSK-ya şikayət etdi: “Hər dəfə qutudan Çingiz çıxırsa”

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Kəramət Böyükçol Mərkəzi Seçki Komissiyasına şikayət edib.

AzToday.az xəbər verir ki, Kəramət Böyükçol MSK-ya şikayətinə iki bənd şeir də yazdığını bildirib:

“Bu gün şikayət ərizəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin bütün məntəqələrində baş verən qanun pozuntularını sübut edən 50-dən yuxarı video faktı Mərkəzi Seçki Komissiyasına təqdim etdim. Ərizənin arxasına da iki bənd şeir yazdım.

Bu millət seçkiyə düzgün baxırsa,
Hər gələn seçkiyə burnun soxursa,
Hər dəfə qutudan Çingiz çıxırsa,
Seçki keçirməyin nə mənası var?

Bu seçki olmadı, oyundu, oyun,
Məntəqə önündə olmuşuq qoyun,
Elə birdəfəlik Çingizi qoyun,
Seçki keçirməyin nə mənası var?”

Qeyd edək ki, MSK sözügedən dairədən Çingiz Qənizadənin yenidən deputat seçildiyini elan edib.

Bənzər yazılar

Back to top button