Dünya

Gürcüstan parlamentində görünməmiş olay: bir neçə deputatın halı pisləşdi

Gürcüstan parlamentinin iclas zalında insident baş verib.

AzToday.az “Report”a istinadən xəbər verir ki, iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.

Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb.

İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Bənzər yazılar

Back to top button