Cəmiyyət

Göndərilən bu mesajları açmayın, əks halda… – XƏBƏRDARLIQ

“Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur”.

AzToday.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. “Bu hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin ya da görməzdən gəlin”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Qeyd edək ki, oxşar kampaniya hazırda “WhatsApp” mesajlaşma tərbiqində sürətlə yayılır. Sosial media istifadəçilərinə göndərilən linkləri açmamağı və ya paylaşmamağı məsləhət görürük.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button