Cəmiyyət

Koronavirus Milli Məclisin fəaliyyətinə təsir edəcəkmi?

Virusa görə Milli Məclisin iclasları dayandırılır?…

Dünyada koronavirus təhlükəsi artdıqca Azərbaycan da qabaqlayıcı tədbirlərin sayını artırır. Dərslərin təxirə salınmasından sonra Nazirlər Kabineti toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Ölkədə keçiriləcək beynəlxaq tədbirlər də təxirə salınıb. Eyni zamanda ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırıb.

Nazirlər Kabinetnin koronavirus təhlükəsi ilə əlaqədar preventiv tədbirləri cəmiyyətdə bəzi dövlət qurumlarının, hətta Milli Məclisin də fəaliyyətinin məhdudlaşdırılacağı barədə qənaət formalaşdırıb.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı isə Milli Məclisin fəaliyyətinin davam edəcəyini bildirib. “Milli Məclis qanunverici orqandır. Buna görə də deputatların öhdəlikləri, onların üzərinə düşən vəzifələr var. Biz vəzifəmizi yerinə yetirməliyik.

Bu gün koronavirus dünyanı bürüyən bir bəladır. Bu bəlanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi tədbirlər görülür. Nazirlər Kabinetinin yanında operativ qərargah yaradılıb. Artıq bütün proses nəzarət altındadır. Bütün bunlar həm də qanunvericilik səviyyəsində həllini tapmalı, özünü təsdiq etməlidir. Ona görə də Milli Məclis fəaliyyətini davam etdirəcək”.(yenisabah)

Bənzər yazılar

Back to top button