İdman

Zidan: “Real”ın etibarını və dəstəyini hiss etmirdim”

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan klubdan ayrılmasının səbəblərindən danışıb.

Qol.az AS-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Madrid təmsilçisinin dəstəyini hiss etmədiyi üçün istefa verdiyini deyib:

“Gedirəm, amma vidalaşmıram. Məşqçi kimi çalışmaqdan yorulmuram. 2018-ci ilin may ayında “Real”dakı 2,5 illik işimdən sonra ayrıldım. Çünki bu qədər qələbə və kubok qazandıqdan sonra ən yüksək səviyyədə qalmaq üçün komandaya yeni bir şey lazım olduğunu hiss etdim. İndi vəziyyət fərqlidir. Gedirəm, çünki artıq nə klubdan lazım olan etibarı hiss edirdim, nə də dəstək. Futbolu başa düşürəm və “Real” kimi bir klubun tələbləri ilə tanışam. Bilirəm ki, qalib gəlmədikdə ayrılmalısan”.

Qeyd edək ki, “kral klubu” başa çatan mövsüm Zidanla La Liqada 2-ci olub.

Bənzər yazılar

Back to top button