ManşetSiyasət

Rusiya XİN-dən Qarabağa dair yeni açıqlama

“Qarabağda müşahidə olunan müsbət tendensiyalar Dağlıq Qarabağ nizamlanmasında Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur”.

AzToday.az APA-ya istinadən xəbər verir kiŞ bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həftə ərzində Dağlıq Qarabağda vəziyyət sabitləşməyə davam edib: “Atəşkəsin pozulması və Rusiya sülhməramlı kontingentinə qarşı təxribat qeydə alınmayıb. Üçtərəfli Bəyanatın əsas müddəalarının icrasını heç bir ciddi insident olmadan təmin etmək mümkün olur. Qeyd olunan müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur. Hazırda tərəflər üçtərəfli bəyanatın müddəalarını praktikada tam şəkildə həyata keçirirlər”.

Rusiya XİN rəsmisi daha sonra Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun ötən həftə ərzində Dağlıq Qarabağla bağlı təmasları haqqında məlumat verib. M. Zaxarova noyabrın 21-də Rusiya qurumlararası nümayəndə heyətinin Bakı və İrəvan səfərləri barədə danışıb.

Bənzər yazılar

Back to top button