Eldar Həsənovun cinayət işindən nə xəbər? – Baş Prokurorluqdan açıqlama

by Aztoday Xəbər Portalı

Sabiq səfir Eldar Həsənov barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə istintaq artıq yekunlaşmaq üzrədir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan cinayət işi üzrə aparılan istintaq artıq yekunlaşmaq üzrədir. İstintaqın nəticələri barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, aparılan maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra onun barəsində aparılan cinayət işinin istintaqı DTX-dan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə həvalə edilib.

Bənzər Yazılar