Siyasət

Moskva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır – Putin

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva sülh müqaviləsinin imzalanması məsələsinin müzakirəsi üçün Ermənistan və Azərbaycan nümayəndələrinin görüşünü təşkil etməyə hazırdır. Xəbəri RİA-Novosti yayıb.

“Gündəlikdə bu uzun sürən münaqişəyə son nöqtəni qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi, şübhəsiz ki, bunda tərəfdaşlarımıza mümkün olan hər bir yardımı göstərməyə hazırdır. Xüsusən, ehtiyac olsa, Moskvada, istənilən formatda görüşün – əvvəlcə xarici işlər nazirlərinin, ekspertlərin görüşünün təşkilinə razıyıq”, deyə RF prezidenti oktyabrın 13-də Bişkekdə MDB-nin sammitində çıxışında bildirib.

Rusiya bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına şərait yaradacağıq. Şübhəsiz, seçim həmişə müvafiq ölkənindir, Rusiya yalnız bunun üçün müvafiq şəraiti yaratmağa hazırdır, deyə Putin qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button