Dünya

Türkiyədə son 75 ildə ilk dəfə baş verdi

Antaliyada mayın 17-də havanın temperaturunun kəskin artması ilə yeni rekord qeydə alınıb.

AzToday.az “Doğan” agentliyinə istinadən xəbər verir ki, Türkiyənini kurort bölgəsi Antaliyada son 75 ildə may ayında dəfə olaraq temperatur 38,8 dərəcəyə çıxıb. Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatına görə, may ayında ən yüksək temperatur 26 may 1945-ci ildə 38,7 dərəcə kimi qeydə alınıb.

Xatırladaq ki, meteoroloji qeydlərin alınmağa başlandığı 1929-cu ildən bəri şəhərin temperatur rekordu 26 may 1945-ci ildə 38,7 dərəcə olub. Bu gün termometrlər cəmi 7 dəqiqə ərzində son 91 ildə ən yüksək temperatur olan 38,8 göstərərək rekord hesab olunub. Günorta saatlarında temperatur 40 dərəcəni keçib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button