İdman

“Real” gözünü “Barselona”nın yetirməsinə dikib

“Barselona” futbol akademiyasının yetirməsi, hazırda “Bayer Leverkuzen”də çıxış edən Alexandro Qrimaldonun yenidən İspaniyaya dönmək variantı var.

Fanat.az xəbər verir ki, informasiyanı tanınmış insayder Ekrem Konur sosial şəbəkə hesabında paylaşıb.

Mənbənin məlumatına görə, 28 yaşlı müdafiəçinin xidmətində “Real Madrid” maraqlıdır. İspaniyalının “əczaçılar”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Onun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

Alexandro bu mövsüm Almaniya Bundesliqasında səkkiz oyun keçirib və üç qol vurub, üç məhsuldar ötürmə edib.

“Bayer” UEFA Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Tərəflər iki gün əvvəl Almaniyada üz-üzə gəliblər. 5:1 hesablı qələbə qazanan “Bayer” ikinci görüş üçün noyabrda Azərbaycana səfər edəcək.

Bənzər yazılar

Back to top button