Dünya

Azərbaycana qarşı dezinformasiyanın başında dayanan Artsrun Hovhannisyan işdən qovuldu

Ohanyanın dövründən qalan mətbuat katibi vəzifədən getdi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bu gündən etibarən vəzifədə işləmir.

AzToday.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat onun “Facebook” səhifəsində həmkarlarına, jurnalistlərə və hərbçilərə ünvanladığı müraciətinə əsasən yayıb.

Artsrun Hovhannisyan birgə çalışdıqlarına görə minnətdarlığını bildirib vəhərbi təhsil sahəsində işini davam etdirəcəyini qedy edib.
Xatırladaq ki, Artsrun Hovhannisyan bu vəziəfəyə 2012-ci ildə yəni Xocalı soyqırımını törədnlərədn biri olan keçmiş müdafiə naziri Seyran Ohanyanın dövründə təyin edilib. Tarix elmləri namziədi olan A.Hovhannisyanın özü hərbi ali məktəb məzunu olub.

Bu günlərdə “Mənim addımım” blokunun deputatı Hayk Sarkisyan bu gün jurnalistlərə müsahibəsində deyib ki, hökumətin hadr siyasəti daimi bir prosesdir, bəzi insanların yeri dəyişdirilir və kənarlaşdırılır.
Baş nazirin “dövlət idarələrində xainlər var və onların qovulması yalnız vaxt məsələsidir” fikrinə münasibət bildirən deputat deyib ki, “bütün xainlər xainləri işdən azad ediləcəklər, narahat olmayın”.

A.Hovhannisyanın həmin xainlərədn olub-olmaması hələlik dəqiqləşdirilməsə də, Seyran Ohanyanın dövürndən neçə nazir dəyişən bu şəxsin Azərbaycana qarşı dezinformasiyanın başında dayananlardan biri olması faktdır.

Bənzər yazılar

Back to top button