İdman

“Niyə belə səhvlər etdiyimizi anlaya bilmirəm” – millimizin qapıçısı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı Mutafa Kemal Özhitay Avro-2019-un seçmə mərhələsində Bakıda Almaniyay 0:7 hesabı ilə uduzduqları oyundan sonra jurnalisltərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, türkəsilli qolkiper birabırçı məğlubiyyətin səbəbini erkən qol buraxmaları ilə əlaqələndirib.

– Oyun barədə nə deyə bilərsən?

– Ağır oyun oldu. Almaniyaya qarşı oynamaq çətindir. Bilirdik ki, hər şey elə də asan olmayacaq. Erkən qol buraxmağımız bizim üçün çox pis oldu.

– Bu qol oyunun dönüş nöqtəsi oldu?

– Belə də demək olar. Erkən qoldan sonra çox pis oynadıq. Xeyli səhvlər etdik. Buna görə də böyük hesabla uduzduq.

– Komandada döyüş ruhu görünmür. Bu nə ilə bağlıdır?

– Bilmirəm. Hamı həvəsli idi, yaxşı oynamağa çalışırdı, ancaq alınmadı. Niyə belə səhvlər etdiyimizi anlaya bilmirəm.

– Bəlkə rəqibdən çəkindiniz?

– Mən belə deməzdim. Sadəcə, ilk qolu çox tez buraxdıq. Bunun komandamızda psixoloji təsir etdiyini düşünürəm.

– Bu yaxınlarda Ozancan Kökcü Azərbaycan millisində oynamaqdan imtina etdi. Onunla bu barədə danışmısan?

– Bunu məndən soruşmayın.

Bənzər yazılar

Back to top button