Dünya

“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub” – ABŞ generalı

Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bəyan edib.

“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, deyə C.Harriqan bildirib.

Noyabrın 4-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemi Yəməndə buraxılan raketi vurub. ABŞ prezidenti Donald Tramp insidentə görə rəsmi Tehranı ittiham edib.

Bənzər yazılar

Back to top button