Erməni zabitdən Laçın və Kəlbəcərlə bağlı etiraf: “17 maşın mina…”

by Aztoday Xəbər Portalı

Erməni polkovnik Koryun Qumaşyan Laçın və Kəlbəcər istiqamətində törədilmiş təxribatı etiraf edib.

Sosial şəbəkənin Ermənistan seqmentində yayılan videoda erməni polkovnik rəhbərlik etdiyi kontingentlə birlikdə 17 yük maşını minanı Laçın və Kəlbəcər ərazilərində basdırdığını bildirib.

“Mən elə bir adamam ki, mənimlə danışıqlar başqa cür aparıla bilməz. Həmin ərazinin xəritəsini Azərbaycana yalnız bir şərtlə verə bilərəm. Bizim əsirləri (terrorçu-diversantları – red.) qaytarın. Sizdə nə qədər əsir varsa, siz ondan daha çox zərər görəcəksiniz. Mədənin içərisinə və çöl ərazilərinə minalar elə formada yerləşdirilib ki, istəyirsiniz İngiltərədən, Rusiyadan mütəxəssislər gətirin, yenə də təmizləmək mümkün olmayacaq. Bizim əsirləri verin və mən də xəritənin harada olduğunu deyim, siz də götürün və həmin əraziləri minasızlaşdırın”, – deyə Qumaşyan bildirib.//oxu.az

Bənzər Yazılar