İdman

“Barselona”nın sabiq futbolçusu “Qalatasaray”da

“Qalatasaray” “Barselona”nın sabiq futbolçusunu transfer edir.

Fanat.Az xəbər verir ki, İstanbul klubu son mövsümü “Betis”də keçirən Aleks Moreno ilə anlaşıb. 2019-cu ildə “Rayo Valekano”dan 7 milyon avro qarşılığında transfer olunan 27 yaşlı müdafiəçi İstanbul nəhəngi ilə 2022-nin yayına qədər razılığa gəlib.

“Qalatasaray” Moreno üçün “Betis”ə 500 min avro icarə pulu ödəyəcək və futbolçu illik 1,2 milyon avro qazanacaq. Müdafiəçi bu həftə İstanbula gəlib, rəsmi sənədə imza atacaq.

Qeyd edək ki, 17 yaşında “Barselona”ya transfer olunan Aleks İspaniyanın “Vilafranka”, “Llaqostera”, “Malyorka” və “Elçe” komandalarda çıxış edib. O, ötən mövsüm 25 oyuna çıxaraq 2 qol ötürməsi verib.

Bənzər yazılar

Back to top button