Cəmiyyət

Açıqlama versinlər ki, həmin müğənnini Azərbaycana kim buraxıb – Professor

“Bu, pandemiya və karantin qaydalarının pozulmasıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsertindən danışarkən deyib. Adil Qeybulla bildirib ki, bu məsələ dərindən araşdırılma tələb edir:

“Əvvəla araşdıraq görək ki, adı çəkilən müğənni Azərbaycanda keçirdiyi konsertini Türkiyədə verə bilərmi? İkincisi, bu prosesə cavabdeh dövlət orqanları var. Açıqlama versinlər ki, həmin müğənnini Azərbaycana kim buraxıb və konserti kim təşkil edib? Nəyə görə tədbirlər görülməyib? Rayonda hər hansı bir yerdə məclis olan kimi icra və hüquq-mühafizə orqanları gəlib onu dağıdır. Bu boyda şou göstərilib, amma hadisəyə münasibət susqunluqla nəticələnib. Bu karantin qaydalarına ziddir. Bu düzgün deyil”.

Qeyd edək ki, Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli şənbə günü Bakıda “İstanbul Meyhane Bilgəh” restoranının açılışında konsert proqramı ilə çıxış edib. Konsertdən yayılan videogörüntülərdə 100-ə kimi tamaşaçının rəqs etdiyi görünür. Bu isə Azərbaycanda karantin qaydalarının kobud şəkildə pozulmasıdır.

Bənzər yazılar

Back to top button