İqtisadiyyat

Siqaret yenə bahalaşacaq və etiraz olmayacaq… (EKSPERT)

“Bir aydan sonra Azərbaycanda siqaret bahalaşacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, siqaretlərin qiyməti 10-15% artacaq:

“Əslində dünyada alkoqollu içkilər, siqaretlərin aksiz və vergilərini tez-tez bahalaşdırırlar. Bu, sosial məsələ olmadığı üçün cəmiyyətdə qıcıq doğurmur. Onlar bunu dünyaya sağlam həyat tərzinin tətbiqi kimi təqdim edirlər. Dünya ölkələrində siqaret və içkilərin vergiləri qalxarkən ordan gələn maliyyə ayrıca göstərilir. Həmin maliyyə isə insanların sağlamlığına, sosial müdafiəsinə, tibbi sığortaya və digər sahələrə yönəldilir. Azərbaycanda bu praktika yoxdur. Ən böyük problem də budur”.
Natiq Cəfərli qeyd edib ki, dünya ölkələrində olan praktika Azərbaycanda da tətbiq olunmalıdır:
“Qiymətlər bahalaşanda yığılan maliyyə icbari tibbi sığorta üçün aztəminatlı ailələrə yönəldilsin. Əgər bu tətbiq olunarsa, nəyinsə bahalaşması cəmiyyətdə kəskin qarşılanmaz”.

Bənzər yazılar

Back to top button