Siyasət

Diaspor lideri Rasim Babayev: “Əgər müfəttiş azərbaycanlı və ya gürcü, yəhudi olsaydı? “

Rusiyanın Novosibirsk şəhəri ətrafındakı Maşkovo qəsəbəsində mayn 28-də baş vermiş qanlı yol əhvalatı sürətlə milli zəminə keçərək federal miqyasda müzakirə predmetinə çevrilib, eləcə də bu hadisəyə Rusiyada göstərilən qərəzli münasibətə görə Azərbaycan ictimaiyyətini hiddətləndirib. Xəbər verildiyi kimi, həmin gün yol patrul polisinin müfəttişi Aleksandr Qusev qaydaları pozan “Toyota” avtomobilini saxlayıb və bu zaman yaşanan çəkişmə zamanı öz tabel silahı ilə avtomobildəkilərdən birini-19 yaşlı Vəkil Abdullayevi vurub.

Müfəttiş əvvəlcə həbs olunsa da daha sonra işə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin qarşısıb və Qusev azadlığa buraxılıb. Əvəzində Vəkil Abdullayevlə birlikdə olan digər iki azərbaycanlı həbs olunub. Onları əvvəlcə polisə müqavimət və xuliqanlıqda təqsirləndiriblər, daha sonra ötən il həmin Vəkil Abdullayevlə birlikdə soyğunçuluq törətdikləri də açıqlanıb. Daha doğrusu, bu fakt istintaqda üzləşmə zamanı ortaya çıxıb. Onların barəsində məhkəmə iyunun 5-də 2 aylıq həbs qətimkan tədbiri seçib.

Rasim Babayev

Novosibirsk azərbaycanlılarının milli-mədəni muxtariyyətinin rəhbəri Rasim Babayev həmin gənclərin-Ruslan Qurbanovun və İlkin İsmayılovun həbsini şərh edərkən deyib ki, yaranmış situasiyada spekulyasiya edən və şəhərdə, vilayətdə vəziyyəti gərginləşdirmək istəyən hansısa “müxalifət” fəaliyyət göstərir.

“Bəs əgər müfəttiş azərbaycanlı və ya gürcü, yəhudi olsaydı necə olardı?”,-o, yerli Sib.fm portalına bildirib.

Babayev əmindir ki, münaqişə lap əvvəldən milli zəminə malik olub. O, müfəttişin tələbinə əməl etməyən gənclərin öz hərəkətlərinə görə cavab verməli olduğunu inkar etmir. Və Qurbanovla İsmayılovun barəsində çıxarılmış həbs qərarını da normal sayır.

Qurbanov və İsmayılov

“Situasiya ictimaiyyətin, vilayət prokurorunun, Aleksandr Bastrıkinin nəzarətindədir…İstintaqın gedişində faciənin iştirakçılarının statusu dəyişir-şahid idilər, şübhəli şəxsə çevrildilər, sonra ittiham olunana-bunu İstintaq Komitəsi həll edir”,-diaspor rəhbəri deyib.

Babayev bildirib ki, azərbaycanlıları bu məsələnin obyektiv araşdırılmacağına ümid edir. Onun fikrincə, hər kəs hiddətlənə bilər, amma işi istintaq, məhkəmə, vəkillər həll edir.

“Bu insidentə milli çalar vermək lazım deyil, cinayət var, araşdırılır və işə məhkəmə nöqtə qoyacaq”,-Babayev bildirib.

Öldürülən Abdullayev

Bildirilir ki, İsmayılov, Qurbanov və öldürülən Abdullayev 2020-ci ilin oktyabrında Novosibirsk sakini Yevgeni K. İlə dava ediblər. Onlar öz “Lexus” avtomobilini səkidə park edibmiş, Yevgeni azərbaycanlı gənclərə irad bildirəndə dava düşüb. Azərbaycanlılar onun burunu sındırıblar, kəllə-beyin xəsarəti yetiriblər və üstəlik pulunu götürüblər. Yevgeni polisə müraciət edib, hadisənin videoçəkilişini, “Lexus”un nömrəsini verib. “Soyğunçuluq” və “Xuliqanlıq” maddələri ilə cinayət işi qaldırılıb, amma naməlum səbəblərdən heç bir istintaq hərəkəti aparılmayıb. Mayın 28-də baş vermiş hadisənin görüntüləri yayılanda isə Yevgeni onu döyənləri tanıyıb və bu haqda müstəntiqə bildirib.

Virtualaz.org

Bənzər yazılar

Back to top button