Hadisə

Araz Musayevin qanunsuz apartman tikintisi dayandırıldı (RƏSMİ)

Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi.

AzToday.az xəbər verir ki, bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, artıq məsələ öz həllini tapıb.

Belə ki, agentliyin rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar qəbul edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında qanunsuz tikinti dayandırılıb.

Qeyd edək ki, həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi FHN-nin bir neçə gün öncə işdən çıxarılan əməkdaşı Araz Musayev həyata keçirirdi.

Bənzər yazılar

Back to top button