Siyasət

İlqar Məmmədovun işi Ali Məhkəmənin Plenumda baxılacaq

Real sədri İlqar Məmmədov barəsində işə Ali Məhkəmənin Plenumun iclasında baxılacaq.

Qaynarinfo-nun məlumatına görə, bu barədə onun vəkili Fuad Ağayev sosial şəbəkədə yazıb.

O bildirib ki, İlqar Məmmədovun işi Plenumun aprelin 23-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Məmmədov 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də ŞəKi Apelyasiya Məhkəməsinin qərarı azadlığa buraxılıb, onun çəkilməmiş cəzası şərti hesab olunub.

İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Ali Məhkəmədə onun şərti cəzası ləğv edilib.

Bənzər yazılar

Back to top button