“Barselona”dan Dembeleyə xəbərdarlıq

by Aztoday Xəbər Portalı

“Barselona” futbolçusu Usman Dembelenin klubdan gedib-getməyəcəyini dəqiqləşdirmək istəyir.

Qol.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu 24 yaşlı yarımmüdafiəçiyə bu məsələ ilə bağlı xəbərdarlıq edəcək. Dembele ya “Barselona”nın təklifi ilə razılaşaraq 2022-ci ilədək olan müqaviləsini yeniləməlidir, ya da klubdan ayrılmalıdır. Oyunçunun menecerləri isə sözləşməni uzatmaq üçün tələsmirlər. Buna görə də onun yayda klubdan gedəcəyi gözlənilir.

Qeyd edək ki, Dembele başa çatan mövsüm 30 matçda 6 qol vurub və 3 qolun ötürməsini verib.

Bənzər Yazılar