Hadisə

SÜLEYMAN MİKAYILOVUN OBYEKTLƏRİNİ SATIB QAÇAN QOHUMU İMİŞ: BİR MƏCLİSDƏ ÜSTÜ AÇILIB – SENSASİYA…

Bakının Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun Mahir adlı sürücüsü tərəfindən müflis edilməsi, onun adına, rəsmiləşdirdiyi əmlaklarını həmin şəxsin satıb ölkədən qaçması xəbəri ilə bağlı yeni nüanslar ortaya çıxıb. Qaradağ İH tərəfindən təkzib olunmasına baxmayaraq, tia.az-ın əldə etdiyi özəl məlumata görə, icra başçısının sürücüsü olmuş Mahir həm də onun qohumu imiş. Elə bu qohumluq əlaqəsinə görə S.Mikayılov ona etibar edib, güvənib və əmlaklarını, biznesini, mal-mülkünü Mahirin adına rəsmiləşdirib.

Əldə etdiyimiz özəl xəbərdə deyilir ki, bu yaxınlarda iştirak etdiyi məclislərin birində Qaradağın icra başçısı məsələdən duyuq düşüb. İddialara görə, məclisdə həmsöhbət olduğu bir şəxs təsadüfən müzakirə açıb və S.Mikayılova məlum olub ki, ona məxsus obyekti sürücüsü olan qohumu Mahir satıb. Daah doğrusu, elə həmsöhbət olduğu şəxs obyekt aldığını bildirib və ünvanını deyib. İcra başçısı bilib ki, sözügedən əmlak onundur, amma səsini çıxarmayıb.

İcra başçısı təmkinini və soyuqqanlığını qoruyub, məclisdə məsələni hiss etdirməyib. Ertəsi gün araşdırma aparan Qaradağın şefi öyrənib ki, qohumu olan sürücüsü Mahir onu aldadıb, milyonluq əmlaklarını sataraq ölkəni tərk edib. Gələn xəbərə görə, S.Mikayılov hüquq-mühafizə orqanlarına rəsmi müraciət etməyib ki, işin üstü açılmasın. Çünki onun bütün biznes obyektləri faş olacaqdı. Amma qohumunu qeyri-rəsmi şəkildə axtarmaqdadır. Hadisə ilə bağlı yeni detalları öyrənməyə çalışırıq.

Bənzər yazılar

Back to top button