Siyasət

“Paşinyanın hərbi əməliyyatların başladığı gündən ciddi səhvi oldu”

“İki həftəlik müharibə Ermənistanı 20 il geri saldı”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, ermənilər bu savaşda uduzduğunu da bilirlər:

“Ermənistanın özünün verdiyi bəyanatları əsas götürsək, ermənilər artıq sönüblər. Bir-birinin üzlərinə baxa bilmirlər deyə əhalini inandırmaq üçün Ermənistan rəhbərliyinə müəyyən qədər vaxt lazımdır. Amma vaxt da erməni xalqına baha başa gəlib. Nikol Paşinyanın əvvəldən, hərbi əməliyyatların başladığı gündən ciddi səhvi oldu. Ermənistanın konistitusiyasına görə, orada ali baş komandan yoxdur. Konistitusiyanın tələbinə görə, fövqəladə vəziyyət elan olunan kimi parlament rəsmilərdən birini ali baş komandan şeçməlidir. Paşinyan hərbi xidmətdə olmayıb, hərbi təhsili, ümumiyyətlə, ali təhsili yoxdur. Ona görə də onu ali baş komandan seçə bilməzdilər. Ali baş komandan Müdafiə naziri seçilməli idi. O zaman Paşinyan ona tabe olmalıydı. Paşinyan bu məsələni yoluna qoya bilmədi. O, Ermənistanda Təhlükəsizlik Şurasını dağıdıb. Özünün qohum-tanışını həmin şuraya yığıb. Əhali, ekspertlər də görür ki, Ermənistanda siyasi rəhbərliklə hərbiçilər arasında dərin uçurum var. Ermənistan silahlı qüvvələrinin qərargah rəisi bir dəfə olsun Dağlıq Qarabağa gəlməyib”.

Politoloq qeyd edib ki, Ermənistan artıq iqtisadi cəhətdən çökür:

“Özləri elan edib ki, Ermənistan iqtisadi çəhətdən humanitar fəlakət qarşısındadır. Bu o deməkdir ki, müharibəni davam etdirmək üçün Ermənistanın iqtisadi gücü yoxdur. Əgər Ermənistan iqtisadiyyatının müharibəni davam etdirmək gücü yoxdursa, demək, dağılmış əraziləri də bərpa edə bilməyəcəklər”.

Bənzər yazılar

Back to top button