İqtisadiyyat

Sabiq məmur 6 gün ərzində Bakı şəhər İcra Hakimiyyətindən 30 milyon manat aldı – TENDER

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Star Construction-12” QSC olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən “Star Construction-12” QSC Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaları təmir edəcək. Qeyd olunan işlər üçün Bakı Şəhər İcra Hakimiyyəti “Star Construction-12” QSC-yə 13 milyon 470 min 942 manat 89 qəpik vəsait ayıracaq.

Qeyd edək ki, “Star Construction-12” QSC 04.03.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramov Mirsahib Atamalı oğludur.

Onu da bildirək ki, 6 gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi də “Star Construction-12” QSC olub. “Star Construction-12” QSC Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri üçün Bakı Şəhər İcra Hakimiyyətindən 16 milyon 559 min 900 manat alacaq.

Məlumat üçün bildirək ki, bugünə kimi çoxsaylı tender müsabiqələrinin qalibi olan “Star Construction-12” QSC-nin direktoru Bayramov Mirsahib Atamalı oğlu daha əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri olub. Mətbuatda yazılır ki, Mikayıl Cabbarov Təhsil naziri olduğu zaman Mirsahib Bayramov tutduğu vəzifədən azad olunub.

Bənzər yazılar

Back to top button