İqtisadiyyat

Məşhur yükdaşıma şirkəti ilə gömrük komitəsi arasında qalmaqal

Azərbaycanın məşhur yükdaşıma şirkəti olan “M-Trans” MMC Dövlət Gömrük Komitəsini (DGK) məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Leyla Əliyeva iş üzər hakim təyin edilib.

Tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəbi maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdən ibarətdir.

Əldə etdiyimiz məlumata görə, DGK şirkətə cərimə yazıb. “M-Trans” MMC qurumun qərarı ilə razılaşmadığına görə məhkəməyə müraciət edib.

“M-Trans” MMC 2011-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2000 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Allahverdiyev Ayaz Almaz oğludur.

“M-Trans” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkəti kimi tanınıb. Mediada bununla bağlı kifayət qədər yazılıb.

2017-ci ildə Nəqliyyat Nazirliyinin ləğv edilməsi ilə Ziya Məmmədovun nazir karyerasına son qoyulub. Bundan sonra keçmiş nazirin biznes imperiyası da çökməyə başlayıb. Onun nəzarətində “Qarant Holdinq” kimi iri biznes subyektləri sıradan çıxıb.

İddialara görə, keçmiş nazir “M-Trans” MMC-ni də itirməli olub. Şirkət hazırda “M-Forward” Şirkətlər Qrupuna daxildir. Bu barədə şirkətin saytında qeyd edilib.

Bənzər yazılar

Back to top button