GündəmSağlamlıq

Azərbaycanda son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib. 2 134 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.

Son gündə koronavirus əleyhinə 37 162 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 492 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 662 038, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949 920 təşkil edir.

Bənzər yazılar

Back to top button