Hadisə

Qazaxıstan səfirliyi borc qalmaqalına müdaxilə etdi – İş adamı Sakin Ağayevlə bağlı XİN-ə nota ünvanlanıb

Qazaxıstanın Azərbaycandakı səfirliyi iş adamı Sakin Ağayevlə bağlı müraciətə cavab verib.

Qaynarinfo.az xəbər verir ki, səfirliyin məktubunda problemlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə 16 may 2021-ci il tarixində diplomatik nota ünvanlanıb. Notada yaranmış problemin həlli üçün ölkənin səlahiyyətli qurumları vasitəsilə yardım edilməsi xahiş olunub.

Məktubun sonunda Azərbaycan tərəfindən cavab alındıqdan sonra əlavə məlumatın veriləcəyi vurğulanıb.

*

Sakin Ağayevin pozulan hüquqlarının bərpası üçün Azərbaycanın tanınmış hüquq müdafiəçiləri ölkə başçısına müraciət ünvanlamışdı. Eyni zamanda Qazaxıstanda Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə video müraciətlə çıxış etmişdi.

Sakin Ağayevin üzləşdiyi problemə gəlincə, onun həyat yoldaşı, Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan “Töleş Manğıstau” MMC-nin 51% hissəsini 14 iyun 2014-cü ildə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satıb. İmzalanmış müqavilənin şərtlərinə görə F.İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməli olduğu halda bunu etməyib.

Daha sonra Fikrət İbrahimov qarşı tərəfin etibarını qazanmaq üçün 2015-ci ilin fevralında iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollar müqavilədə göstərilən bank hesabına köçürüb. Lakin bir köçürmə ilə iki hədəfə atəş açan Fikrət İbrahimov bununla da gələcək planlarının əsasını qoyub.

Hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda Vüsalə Rəhimli yuxarıda göstərilən 14-02 saylı müqavilənin nüsxəsini banka təqdim edib. Lakin bankdan müəyyən olunub ki, qeyd edilən vəsait həmin müqavilə əsasında deyil, başqa bir adla, hansısa başqa saziş əsasında metal tədarükü məqsədi ilə ödənilib. Tərəflər arasında belə bir müqavilə olmadığına görə mədaxil baş tutmayıb və nəticədə ödənişin təyinatını düzgün, yəni tərəflər arasında müqavilə əsasında yenidən köçürülməsi xahiş olunub. Bir müddət sonra Fikrət İbrahimov Vüsalə Rəhimlinin həyat yoldaşı Sakin Ağayevə zəng vurur. Bildirib ki, pulu bank hesabına göndərə bilmir, onu nağd olaraq Bakıda vermək istəyir.

*

Bakıdakı bank hesabından əməliyyatlar aparmağa Sakin Ağayevin birinci nikahından olan qızı Dilarə Ağayevanın etibarnaməsi olduğu nəzərə alınaraq onun vasitəsi ilə bu əməliyyatın həyata keçirilməsinə qərar verilir.

Fikrət İbrahimov iki dəfə (20.02.2015 və 25.02.2015-ci il tarixlərində) hər dəfə 349 000 ABŞ dolları olmaqla (hər dəfə həmin məbləğlərdən 1000 ABŞ dolları nəğdləşmə faizi çıxmaqla) ümümi 698 000 dolları Dilarə vasitəsi ilə Vüsalə Rəhimlinin həyat yoldaşı Sakin Ağayevin bank hesabına qoyub və hər iki əməliyyatla bağlı o, Dilarədən u pulun onun tərəfindən qəbul edilməsinə dair qəbz alıb.

1 milyon 250 min dollarlıq borcun 698 min dolları ödənildikdən sonra Fikrət İbrahimov yoxa çıxıb, telefon zənglərinə cavab verməyib.

Tərəflər arasında yaranmış borc münaqişəsinə Qazaxıstan məhkəmələrində baxılıb. Prosesin sonunda Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixdə qətnamə çıxarılır. Qərara əsasən Fikrət İbrahimov Vüsalə Rəhimliyə olan 1.250.000 dollar məbləğində borcdan qalan 550.000 dolları və 68.000 dolları məhkəmə xərcləri ödəməlidir.

*

Vüsalə Rəhimliyə olan borcu ödəmədiyinə görə Fikrət İbrahimov Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Amma İbrahimov açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş borcunu ödəməkdən yayınaraq Azərbaycanda gizlənir.

Qazaxıstanda planlarını reallaşdıra bilməyən Fikrət İbrahimov Azərbaycan məhkəmələrinin köməyindən istifadə etmək qərarına gəlir. Azərbaycanda Fikrət İbrahimov nəinki 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsi üzrə qalan borcunu ödəməkdən yayınır, əvvəlcədən qurduğu plana uyğun olaraq Vüsalə Rəhimli və onun ailə üzvlərinə böhtan atmaqla müqavilə üzrə ödədiyi 698 000 dolları saxta sənəd tərtib etməklə geri almağı qarşısına məqsəd qoyur. O, hakim Əkrəm Qəhrəmanovla sövdələşdikdən sonra Pirallahı rayon Məhkəməsinə müraciət edərək cavabdehlər – Rəhimli Vüsalə Mahmud qızı, onun həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğlu və qızı Ağayeva Dilarə, həmçinin heç kimin tanımadığı Novruzov Abuzər Novruz oğlundan birgə qaydada 698 000 dolları miqdarda pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması barəsində iddia qaldırır.

*

Məhkəməyə təqdim etdiyi iddiada Fikrət İbrahimov göstərib ki, guya o Vüsalə Rəhimli və onun ailə üzvlərinə metal almaq üçün qabaqcadan 698.000 dollar verib və onlar bu vəsaiti qəbul etsələr də metalı verməyiblər.

Beləliklə, 2015-ci iin fevralında Qazaxıstanda banka təqdim edilmiş saxta müqavilənin hansı məqsədlərlə hazırlandığı aydın olur. F.İbrahimov Qazaxıstanda təməlini atdığı planın icrasını Azərbaycanda reallaşdırmağa başlayır.

Fikrət İbrahimov məhkəməyə təqdim etdiyi həmin iddia ərizəsini yalnız özü tərəfindən bir tərəfli qaydada imzalayıb möhürləyib və 14 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Ağayeva Dilarədən 698.000 dolları qəbul edilməsinə dair qəbzi əlavə edib. Guya yuxarıda qeyd edilən bu vəsaiti o Vüsalə Rəhimli və onun ailə üzvlərinə metal almaq üçün ödəyibmiş.

Maraqlıdır ki, cavabdeh tərəf kimi qeyd edilən Sakin Ağayev və həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızı nə belə bir saxta müqaviləni görmüşlər, nə də məhkəmə keçirilərkən Azərbaycanda olmuşlar. Bu qərarı isə Ali Məhkəmə qüvvədə saxlayıb və iş Avropa Məhkəməsinə gedib.

Heç bir əsası olmayan iddia əsasında gizli şəkildə saxta məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən qətnamə qəbul edilib.

*

Fırıldağın qurbanı olan, hüquqları pozulan Vüsalə Rəhimli Azərbaycanın Ali Məhkəməsinə müraciət edir, Qazaxıstan məhkəməsinin çıxardığı qətnamənin tanınması və məcburi icraya yönəldilməsi barədə Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə vəsatət qaldırır. Amma, Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri – Hacıyev Sənan Firudin oğlu, Əsgərov Qurbət Ağa oğlu və Vəliyevə Elşanə Raffiq qızı heç bir qanuni əsas gətirmədən 27.12.2018 -ci il tarixdə vəsatətin təmin olunmasından imtina edirlər.

Yuxarıda göstərilənlərlə yanaşı Pirallahı rayon Məhkəməsinin Qətnaməsini Fikrət İbrahimov icra üçün paralel olaraq həm də Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və həmçinin Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərib. İcra işləri ilə əlaqadar Ağayev Sakin, qızı Ağayeva Dilarə və Rəhimli Vüsalə ölkədən çıxa bilmir.

Eyni zamanda onların əmlakları üzərinə həbs qoyulub. Bundan əlavə Pirallahı rayon Məhkəməsinin çıxardığı Qətnamənin icra olunmaması adı ilə CM-nin 306-cı maddəsilə F.İbrahimov və onun havadarları vasitəsi ilə Ədliyyə Nazirliyinin istintaq idarəsində cinayət işi başlanıb.

Bənzər yazılar

Back to top button