ManşetSiyasət

Afaq Bəşirqızının həddini aşmaqlığının pik nöqtəsi

Prezidentin qərarlarını şübhə altına almağa, dövlət başçısına göstəriş verməyə cəhd edən Xalq artistinin davranışını yalnız bu cür qiymətləndirmək olar

Bir müddət bundan əvvəl imkansız ailələrin dövlətdən umduğu dəstəyi öz səviyyəsində qiymətləndirərək cəmiyyətin haqlı narazılığına tuş gələn, ondan sonra canlı yayımda kişi söyüşü söyərək tamamən gözən düşən Xalq qartisti Afaq Bəşirqızı ona verilən addan imtina edib xalqdan üzr istəmək əvəzinə indi də dövlət başçısına qarşı çıxmağa başlayıb. Bu əsnada atalarımızın məsələ yada düşür:

Utanmasan oynamağa nə var ki?

Utanmaq? Yəqin ki, bir artistdən, özü də indiyə qədər heç bir ciddi rolu olmayan komediya aktrisasından bunu gözləmək sadəlövhlükdür. Amma nəzərə alsaq ki, Afaq Bəşirqızı da insandır. Bu adam ən azından siyasi fəaliyyətə uğursuz gəlişinə cəhd zamanı cəmiyyətdə qarşıdurma yaratmağa rəvac verdiyinə görə bir müddət öz qınına çəkilməliydi. Amma üzrü günahından betər növbəti qələti ilə bu “mədəniyyət xadimi”nin özünün nitqini idarə edə bilmədiyi ortaya çıxdı.

Onun irihəcmli sonuncu “Ramazan mesajı”ndan bəlli olur ki, son aylarda baş verənlərdən bu adam nəinki nəticə çıxarıb, əksinə “haqlı” olduğunu sübut etmək üçün fürsət axtarır. Buna görə də sağa-sola “saldırmağı” özünə çıxış yolu kimi görür. Ona yenidən gündəmə gəlməyə cəsarət verən səbəbi də axtarmaq üçün özümüzü çox yormağa da ehtiyac yoxdur. Bu adamın elədiyi qələtləri görə-görə bəzi sənətçilərin, müğənnilərin ona dəstək olması Afaq Bəşirqızının özü haqqında yüksək fikirdə olmasına şərait yaradıb.

Son mesajından da görünür ki, onun heç bir şəkildə haqq qazandrımağın mümkün olmadığı davranışına dəstək verənlərin sayəsində bu adamda özündənmüştəbehlik dərin kök salıb. Hətta o dərəcədə ki, “xalqın artsti” adını daşıdığı halda özünə hörmət qazanmağa nail olmaq əvəzinə rayondan gələnləri hədəfə alan, daha sonra yaşlı-başlı insana, özü də qadına yaraşmayan ifadələr işlədən bu adam çıxıb özünə “ağbirçək” deyə bilir.

Afaq Bəşirqızı Prezidentin qərarlarına müdaxilə etməklə dövlət başçısına qarşı hörmətsizlik nümayiş etdirir

Daha sonra hansı qələtə imza atır bu “ağbirçək”? Özünümüdafiə çıxışından sonra keçir bu dəfə də Azərbaycan Prezidenti İlham Əliyevin qərarlarını və sərəncamlarını müzakirəyə çıxarmağa, hətta onları şübhə altına almağa. Ona bu cəsarəti verən “ağbirçək” olması, bir qədər öncə özünü biabır etdiyi çıxışlarıdır? Qətiyyən. Ona görə ki, onun çıxışları və davranışı ağbirçəyə yaraşan deyil. Bəs Xalq aristinin həddini aşan, etikadankənar və hörmətsizcəsinə davranışlarına nə ad vermək olar? Görün qalmaqalla gündəmə gələn komediya artisti nə yazır: “Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər”. Prezidentimiz tək olmasını, onun aldadılmasını iddia etmək, o cümlədən siyasi və etik cəhətdən savadsız olan bu ifadələri yazmaq professor elmi adı almış bir ziyalıya yaraşarmı? Adamdan soruşan gərəkdir ki, niyə təkdir? Bir də Azərbaycan Prezidentinin qəbul netdiyi qərarları şübhə altına almaq, onu aldanan dövlət başçısı kimi təqdim etmək cəhdi həqarət səviyyəsində hörmətsizlikdir.

Ağstafaya icra başçısı təyin edilən şəxsə hücumunda da Afaq Bəşirqızının hazırda radikal və destruktiv müxalifət mövqeyində olan şəxslərə “göndərmə” xarakteri daşıyır. Görəsən, Afaq Bəşirqızını müxalifətlə bağlayan nədir? Və ya ona nə düşüb ki, Prezidetin korrupsiyaya bulaşmış şəxsin uzaqlaşdırıldığı Ağstafa rayonunda özünə nümayəndə təyin etdiyi gənc kadra hücuma keçib? Burada hansısa rayonun gələcəyini fikirləşmək yox, şəxsi motivlər, hətta yenidən regionçuluq salmaq cəhdləri özünün qabarıq göstərdiyindən lap dərinə də getmək lazım deyil. Əks halda, sual olunur: bundan bir müddət əvvəl daha bir neçə rayona gənclərin icra başçısı təyin olunması zamanı niyə Afaq Bəşirqızı səsinin çıxarmırdı?

Ən nəhayət, Afaq Bəşirqızının həddini aşmağının pik nöqtəsi onun bu günlərdə boşalan mədəniyyət naziri postuna namizəd göstərmək cəhdində bulunmasıdır. Əvvəla, Azərbaycan 30 ildir formalaşma yolu keçmiş bir dövlətdir və bu dövlətin rəhbəri, Prezident Administrasiyası, Nazirlər Kabineti və digər strukturları var və hər hansı bir nazirlikdə rəhbərliyin kimə həvalə edilməsi onların həll edəcəyi və səlahiyyətində olan məsələdir. Hər yerindən duranın bu posta namizəd irəli sürmək cəhdi dövlət və onun rəhbərini hörmətdən salmaq yönündə daha bir uğursuz cəhddir. Bunlar belə cəsarəti haradan alırlar?

Prezidentin verdiyi Xalq artisti adından cuşa gəlmiş bu adamdan soruşan gərəkdir ki, sən kimsən ki, dövlət başçısının qərarlarını müzakirəyə çıxarırsan, onun kimi nazir təyin etmək səlahiyyətinə müdaxilə etməyə çalışırsan?

Buna görə də Afaq Bəşirqızının həddini bu qədər aşmasına, dövlət başçısına göstəriş verməsinə qətiyyətlə cavab verilməldiir ki, hər kəs öz yerini bilsin və onun kimi özündən müştəbehlərin də ictimai rəyi manipulyası cəhdlərinin qarşısını almaq mümkün olsun.

Ramiz Əliyev

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button