Hadisə

Tərtərə düşmən hücumu: Ölən və yaralananlar var (VİDEOREPORTAJ)

Bu gün səhər saatlarından başlayaraq, Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutub.

AzToday.az Baku TV-yə istinadən xəbər verir ki, düşmən tərəfindən atılan mərmi nəticəsində rayonun Balakəngərli kəndində iki qadın yaralanıb.

Əraziyə mərmi düşən zaman sakinlər evdə olduğundan onların vəziyyəti ağırdır.

Düşmən mərmisi sakinlərin yaşadığı evə və onlara məxsus minik avtomobilinə ziyan vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün ümumilikdə Tərtərə 400-ə yaxın mərmi düşüb. Bu mərmilərdən biri mülki sakin, 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun ölümünə səbəb olub. Bundan başqa, bir sıra yaşayış evləri və iaşə obyektləri dağılıb.

Bənzər yazılar

Back to top button