Hadisə

Ağdaş Peşə Məktəbində 70 min manat mənimsənilib – RƏSMİ

Ağdaş Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş kollektiv müraciət əsasında Ağdaş rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan AzToday.az-a daxil olan məlumata görə, aparılmış araşdırma ilə Ağdaş Peşə Məktəbində dövlət büdcəsindən ayrılmış ümumilikdə 70 min manat məbləğində pul vəsaitinin mənimsənildiyi müəyyən edilib.

Belə ki, həmin vəsait müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq təhsil almayan tələbələrə təqaüdün, mövcud olmayan təlim ustalarına əmək haqqının verilməsinin, eləcə də tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə mənimsənilib.

Qeyd edilən fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button