“Azəriqaz” və “Azərsu” arasında məhkəmə çəkişməsi – Qaz pulunu ödəmir?

by Aztoday Xəbər Portalı

“Azəriqaz” İstehsalat Birliyi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında məhkəmə çəkişməsi davam edir.

Yeniavaz.com-un əldə ediyi məlumata görə, məhkəmə işinə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov baxır.
Növbəti məhkəmə iclası iyul ayının 5-də keçiriləcək. Daha əvvəl 3 iclas keçirilib.

Qeyd edək ki, məhkəmə iddiası “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaldırılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məhkəmədə cavabdeh qismində iştirak edir.

Məhkəmə çəkişməsinin səbəbi kimi “Azərsu” ASC-nin istifadə etdiyi təbii qazın pulunu ödəməməsi göstərilir.

Bənzər Yazılar