Cəmiyyət

Mədəniyyət naziri Samir Şərifovun iradına münasibət bildirdi

Mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasında kino sahəsi ilə bağlı iradlarına cavab verib.

“Report” xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bu iradın köhnə dövrə aid olduğunu bildirib.

“Bizə elə gəlir ki, bu, köhnə dövrə aid olan məsələdir. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik. Qısa zamanda kifayət qədər işlər görülüb. Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir, çünki uzunmüddətli prosesdir. Hazırda “Azərbaycanfilm” kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, təmir-bərpa işləri də gözlənilir. Kino konsepsiyası yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq”, – o deyib.

Bənzər yazılar

Back to top button