Hadisə

Abel Məhərrəmovun restoranında bir gündə iki toy keçirildi – VIDEO

Bu gün BDU-nun sabiq rektoru, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” retoranında ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl edilməyərək toy məclisi təşkil olunub.

Manşet.az-ın əməkdaşı toydan görüntülər qeydə alıb. Restoranda 11 iyun 2021-ci il tarixində iki toy məclisi təşkil edilib. Qonaqların verdiyi məlumata görə, bəylərdən birinin adı Orxan, digərinin adı Həsən olub.

Qeyd edək ki, ötən gün İsmixan Mirzəyev və daha bir neçə şəxs Abel Məhərrəmova məxsus Mona-Liza restoranında bar, mebel və digər işlərin görülməsi müqabilində onların pullarının ödənməməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə prosesi qalmaqalla yadda qalmışdı.

https://ok.ru/video/2854614010374

 

Bənzər yazılar

Back to top button