Dünya

Putin Baydenin ona “qatil” deməsindən narahat deyil

Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Co Baydenin onunla bağlı qalmaqallı açıqlamalarından narahat olmadığını söyləyib.

Bu barədə Putin “NBC”yə verdiyi müsahibəsində bildirib.

V.Putin deyib: “Mən həmişə Rusiya xalqının və Rusiya dövlətinin maraqları naminə fəaliyyət göstərmişəm. Fərqli etiketlər isə narahat olduğum bir şey deyil. Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir. Ağ Evin hazırkı rəhbəri praktiki olaraq ömrünün böyük hissəsini siyasətə həsr edib. Ümid edirəm ki, amerikalı həmkarım heç bir impulsiv addım atmayacaq”.

Qeyd edək ki, Bayden Putini “qatil” adlandırmışdı.

Virtualaz.org

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button