Siyasət

“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”

Azərbaycanın və Ermənistanın paralel humanitar addımlarını – saxlanılanların qaytarılmasını və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram”.

Qafqazinfo xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel tvitterdə etdiyi paylaşımda bildirib.

Bunun, etimadın yenilənməsi istiqamətində atılan ilk addım olduğunu bildirən Avropa İttifaqı Şurasının prezidenti qeyd edib:

“Aİ bu prosesi dəstəkləyib və bu inkişafın genişlənməsi üçün yardım təklif etməyə davam edəcək”.

Bənzər yazılar

Back to top button