Siyasət

Qarabağ: Blokada şəraitində dəbdəbəli istiqamət?

Ermənistan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirməklə medianın məlumatlarını bilərəkdən manipulyasiya edir, deyə Şervin Nəcəfpur yazır.

Azərbaycan-Norveç Dostluq Cəmiyyətinin prezidenti vəzifəsində də çalışmış Bakı Dövlət Universitetinin professoru, fil.ü.f.d. Quyvami Rəhimli Şervin Nəcəfpurun sosial şəbəkələrdə sorğusunun nəticələrinə əsaslanan və Norveçin “UTRO” qəzetində dərc olunmuş məqaləni “Turan”la bölüşüb.

Xoyre Mühafizəkarlar Partiyasının keçmiş siyasətçisi Şervin Nəcəfpur Norveçdə CAN mədəni körpü quruculuğu təşkilatının sədridir.

“UTRO” nəşri Şervin Nəcəfpurun təqdim etdiyi sübutlarla göstərir ki, Ermənistan və ermənilər beynəlxalq ictimai fikirlə bilərəkdən manipulyasiya edirlər. Onlar dəbdəbəli həyat sürür, regionda növbəti genişmiqyaslı müharibəyə başlamaq üçün qaçaqmalçılıq yolu ilə silah daşımaqla Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlərini davam etdirirlər.

Şervinin nəticələri Qarabağda yaşayan və sosial mediada aktiv olan yerli ermənilər sayəsində ictimaiyyətə açıqlanıb. Onlar dəbdəbəli həyat tərzini gizlətmir və gündəlik yenilikləri izləyiciləri ilə bölüşürlər.

Şervin Nəcəfpurun tapıntıları ilə aşağıdakı linkdə X-thread-də tanış ola bilərsiniz.

Laçın yolundan geniş miqyasda sui-istifadə Azərbaycanın Ermənistan tərəfindən Laçın yolundan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadənin qarşısını almaq üçün sərhəd-keçid məntəqəsi yaradılması kimi qanuni hərəkətini tələb edirdi.

Qızıl Xaç Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağın yerli erməni sakinlərinin Laçın keçid məntəqəsindən keçməsinə baxmayaraq, Ermənistan eyni zamanda Azərbaycanın Qarabağ bölgəsinə humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadəyə maneələr yaradır.

Ermənistanın “humanitar böhran” və “blokada” iddiaları sırf siyasi manipulyasiyadır və Şervin bunu əlində olan çoxlu sənədlərlə izah edir. Onlar regionda “pisləşən humanitar vəziyyət” və “davam edən blokada” iddialarının əsassızlığını nümayiş etdirir.

“Bütün bu qənaətləri nəzərə alaraq, mən blokadanın dəbdəbəsini yaşamaq üçün norveçli jurnalistlərlə Qarabağa səfər etmək fikrindəyəm, eyni zamanda mən ermənilərlə birlikdə bütün dünyaya “canavar! canavar!” deyə qışqırıram, çünki azərbaycanlılar kürünün qiymətini qaldırır və bununla da humanitar böhran yaradır”, deyə Şervin Nəcəfpur ironiya edir.

“Mən norveçli jurnalistlərin ermənilərin blokada ilə bağlı bəyanatlarını araşdırmaq üçün təşəbbüs göstərmələrini istəyirəm. Şübhə etmirəm ki, Qarabağın yerli erməni sakinlərinin Azərbaycandakı dəbdəbəli həyatı jurnalistləri çox təəccübləndirəcək”.(Turan)

Bənzər yazılar

Back to top button