Hadisə

“BAKUELECTRONİCS”DƏN DAHA BİR ŞİKAYƏT: MÜŞTƏRİ SÜRÜNDÜRÜLÜR – FOTO

Son günlər “BakuElectronics”-dən şikayətlər artmaqdadır.

AzToday.az-ın xəbərinə görə, bu dəfə Bəkir Osmanov üzləşdiyi problemlə bağlı yazıb.

Onun sözlərinə görə, nağd ödənişlə qabyuyan maşın alıb: “İş adamı olduğum üçün çatdırılma 5-ci gün və quraşdırılma 6-cı gün istəmişdim. Dünən saat 12 deyib, biz ikinci dəfə maraqlanandan sonra fırlada-fırlada saat 4-ə gətirib çıxartdılar evə. Mən də nahara icazə alıb sonra tam günə ikinci icazə almalı oldum. İndi də “ay Əhmədli uzaqdı, ay 6-cı gündü, ustalarımız yazıqdı dincəlsin, 1-ci gün gələrlər” fikrinə düşüb fırladırlar.

Sonra da bildirirlər ki bəs məhsul gələndən guya 2 gün sonra quraşdırılır deyə alqı-satqıda bənd var. Müqavilədəsə ayın 5-i almışam və yetərincə gün keçib heç elə bənd də yoxdur”.

Şikayətçi qeyd edib ki, bunların rahatlığı üçün indi 1-ci gündə icazə almalıdır və maaşından yenə pul tutulmalıdır: “Heç gələcəklərinə də inanmıram. Hələ operatorlar maqazin satış edir nə istəyir deyir, deməli aldadıb satış edə bilərlər fikrinə düşüblər. Əsas bizik nə vaxta istəsək o vaxta təyin edirik. Belə tərbiyəsiz işçiləri və yola verən servisi olan şirkətdən aldığım məhsul ilk gündən başıma oyun açılmağındansa yaxşısı çekin vaxtı bitməmiş məhsulu geri qaytarım”.

Tia.az

Bənzər yazılar

Back to top button