Siyasət

“Azərbaycan və Gürcüstan ümumi maraqları ön plana çəkməlidirlər” – Türkiyə səfiri

“Türkiyənin məqsədi bölgədə ən yaxşı əməkdaşlıq modeli yaratmaqdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan “Kviris Palitra” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, coğrafi və tarixi əhəmiyyəti baxımından regionda tam yeni bir şey yaratmaq mümkün deyil.

Gürcüstan-Azərbaycan münasibətlərinə toxunan səfir bu əlaqələrin əsrlər boyu davam etdiyini bildirib: “İkinci Dünya müharibəsində Azərbyacan və Gürcüstan çiyin-çiyinə faşizmə qarşı vuruşub, 1918-ci ildə hər ikisi bir binada müstəqilliklərini elan ediblər. Hesab edirəm ki, çoxəsrlik münasibətlər Azərbaycan və Gürcüstan arasında problemləri asanlıqla həll etmyə imkan verir. Türkiyə yalnız Gürcüstan və Türkiyənin ərazi bütövlüyünə deyil, onların suverenliyinə də hörmətlə yanaşır”.

F.C.Yazqan vurğulayıb ki, bəzi insanlar Gürcüstan-Türkiyə münasibətlərini hədəfə alaraq hibrid texnologiyalardan istifadə edirlər: “Gürcüstan-Azərbaycan münasibəltərinə də analoji təhlükənin olduğunu hesab edirəm, hətta bu münasibətləri pozmağa cəhd göstərə bilərlər. Əgər biz hər hansı bir təhlükə görsək, hər iki qardaş ölkəyə xəbərdarlıq edəcəyik… Bütün ölkələr arasında fikir ayrılıqları var, lakin onlar münasibətlərin ümumi mahiyyətinə təsir etməməlidir. Həm Gürcüstan, həm Azərbaycan sovet döründə işğal problemi ilə üzləşib. Buna görə də onlar vəziyyəti dərk etməli və ümumi maraqları ön plana çəkməlidirlər. Hər iki ölkənin hakimiyyəti bu məsələ üzərində çalışmağa başlayıb və əminəm ki, xaricdən müdaxilə olmasa, onlar nəticə əldə edəcəklər”.

Bənzər yazılar

Back to top button