Siyasət

NATO sammiti Türkiyəyə minnətdarlıqla başa çatdı

Brüsseldə keçirilən NATO sammiti başa çatıb.

TASS xəbər verir ki, sammitin sonunda yekun bəyannamə qəbul olunub.

Sənəddə bir sıra vacib bəyanatlar öz əksini tapıb.

Bununla yanaşı, təşkilata üzv ölkələr öz hərbi xərclərini artırmaq barədə öhdəlik götürüblər.

Həmçinin, bəyanatda Rusiyanın aqressiv və məsuliyyətsiz davranışlarının bundan sonra da davam etdirəcəyi ehtimalı irəli sürülüb. Buna baxmayaraq, təşkilatın raket əleyhinə müdafiə sistemlərinin Rusiyaya qarşı istiqamətləndirilmədiyi diqqətə çatdırılıb.

“Anadolu” agentliyinin məlumatına görə, bəyanatda Suriyadan Türkiyəni vura və ya təhdid edə biləcək raket atışlarına qarşı NATO-nun ayıq olmağa davam etdiyi bildirilib. Eləcə də, milyonlarla Suriyalıya ev sahibliyi etdiyinə görə Türkiyəyə minnətdarlıq ifadə olunub.

NATO əfqan ordusuna təlim keçməyə hazır olduğunu bir daha təsdiq edib.

Sammitdə təşkilat ölkələri liderlərinin növbəti toplantısının 2022-ci ildə İspaniyada keçirləcəyi barədə yekun qərar qəbul edilib.

Bənzər yazılar

Back to top button