Dünya

Trampdan şok vəd: Yadplanetlilərlə bağlı materialların məxfiliyi…

ABŞ prezidenti Donald Tramp uçan naməlum obyektlər və “Rosvell hadisəsi” haqqında olan materialların üstündən məxfiliyi götürmək barədə düşünəcəyini vəd edib.

Qaynarinfo xəbər verir ki, Atalar Günü ilə bağlı bir müsahibədə Ağ Evin rəhbəri oğlu Donald Trampa bir çoxunun ondan UNO-larla bağlı məsələ haqda soruşduğunu deyib. “Milyonlarla insan oraya (Rosvellə) getmək və görmək istəyir”, – Amerika lideri bildirib və bu barədə məlumatının olmadığını söyləyib.

UNO-lar və “Rosvell hadisəsi” haqqında məlumatların açılmasına hazır olub-olmadığını soruşan oğluna, siyasətçi “gərək bu haqda düşünəm”, – deyə cavab verib.

2017-ci ilin sonunda Pentaqonun “anomal aerokosmik təhlükələr” haqqında məlumat toplamaq və təhlil etmək üçün təsnif edilmiş bir proqrama sahib olduğu bildirilib. 2007-2012-ci illərdə bunun üçün 22 milyon dollar ayrılıb.Əvvəlcə proqrama nəzarət ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin əlində olub.

Bənzər yazılar

Back to top button